Azad olunan ərazilərdə ötən ay 823 mina aşkarlanıb - ANAMA

12:10 04.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan hafta.az-a bildirilib ki, apelin 1-dən 30-a qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl və Zəngilanda 341 piyada əleyhinə mina, 482 tank əleyhinə mina və 673 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1701.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.